“Bu, qış təlim-məşq toplanışının son oyunu idi".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Türkiyənin Antalya bölgəsində Serbiyanın "Napredak" klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
39 yaşlı mütəxəssis bildirib ki, futbolçular verdikləri tapşırıqları yerinə yetirməyə çalışıb: "Çatışmayan cəhətlərimiz də var. Oyuna baxdıqdan sonra qarşıdakı günlərdə səvləri aradan qaldırmağa çalışacağıq".
Qeyd edək ki, ilk matçında Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci oyununda Rumıniyanın "Sepsi" klubuna qalib gəlib - 2:0.