“Qəbələ” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 10-cu gününü başa vurub.
Sportnet.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv ötən günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısında gerçəkləşib. Bugünkü yoxlama oyunu öncəsi məşq toplu və topsuz çalışmalardan ibarət olub.
Qeyd edək ki, "Qəbələ" üçüncü sınağında Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək. Oyun “Karvansaray” otelinin meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.