İngiltərə Premyer Liqasında XXIV turun mərkəzi görüşü "Çelsi" və "Arsenal" komandaları arasında keçirilib. Sportnet.az xəbər verir ki, "Stemford Bric" stadionunda təşkil olunmuş London derbisində qalib müəyyənləşməyib - 2:2.
26-cı dəqiqədə "topçular" azlıqda qalıblar. David Luis Temmi Abrahamın qarşısını aldığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Baş hakim Stüart Atvellin təyin etdiyi penaltini Jorjinyo yerinə yetirib. 63-cü dəqiqədə Qabriel Martinelli hesabı bərabərləşdirib.
84-cü dəqiqədə Sesar Aspilikueta yenidən "zadəganlar"ı önə keçirib. Lakin 87-ci dəqiqədə Ektor Belyerin yenidən qonaqların bərabərlik qolunu vurub.
Beləliklə, xallarını 40-a çatdıran "Çelsi" 4-cü pillədə qalıb. 30-cu xalını qazanan "Arsenal" isə 10-cu pilləyə yüksəlib.