“Neftçi”nin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında kollektiv çalışmalara Mirabdulla Abbasov və Anton Krivotsyuk da qoşulub.
Sportnet.az xəbər verir ki, çalışmalar fiziki gücün artırılmasına hesablanmış tapşırıqlardan, toplu məşqlərdən və ikitərəfli oyundan ibarət olub.
Bununla da Antalyada məşqləri yekunlaşdıran “Neftçi” yanvarın 24-də sonuncu sınaq matçına çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da “Emir Hotels Spor Kompleksi”ndə Ukraynanın “Desna” klubu ilə qarşılaşacaq komanda üzvləri yanvarın 25-də Bakıya qayıdacaq.