AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, avstriyalı funksioner UEFA Avropa Liqasında Portuqaliyanın “Braqa” və Şotlandiyanın "Reyncers” komandaları arasında keçiriləcək 1/16 final mərhələsinin cavab oyununa təyinat alıb. O, fevralın 26-da “Estadio Municipal de Braqa”da təşkil olunacaq qarşılaşmanın hakim-inspektoru olacaq.