Topaz Premyer Liqasının
son turunda "Kapital Bank Arena"da "Bakı" ilə heçə-heçə
(1:1) edən "Sumqayıt" bir günlük istirahəti başa vurub. Sportnet.az-ın
məlumatına görə, "kimyaçılar" bu gündən etibarən Aqil Məmmədovun
rəhbərliyi altında AZAL-la oyunun hazırlığına başlayıb.
"Kapital
Bank Arena"da səhər məşqinə çıxan komanda tam heyətlə məşq edib.
Qeyd edək ki, AZAL - "Sumqayıt" oyunu noyabrın 29-da saat 15:00-da "AZAL Arena"da keçiriləcək.