"Səbail"in futboluçusu Maykl Essyen zədələnib.
Sportnet.az-ın məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XIX turunda "Neftçi" ilə səfər matçında sıradan çıxıb.
Qanalı oyunçunun yerinə meydana 17-ci dəqiqədə Elçin Rəhimli daxil olub.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.