"Neftçi"nin futbolçusu Mamadu Kane Premyer Liqanın XIX turunda evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi öncə oyun barədə danışıb..
- 90 dəqiqə yaxşı oynadıq, rəqibi üstələdik. Son 10 dəqiqədə isə konsentrasiyanı itirdik. Bu da buraxılan qolla nəticələndi. Güclü külək bizim və “Səbail”in oyununa təsir göstərdi. Buraxdığımız qolda da belə oldu.
- Roberto Bordinin gedişindən sonra “Neftçi”də işlər hələ də düzəlməyib?
- Məşqçi amili bir o qədər də vacib deyil. Futbol oynamalıyıq. “Neftçi”də oynayırıq və bu komanda üçün nəticə qazanmalıyıq. Futbolda belə hallar olur. Bu gün konsentrasiyanı itirdik. Deməzdim ki, dəyişiklik yoxdur, xeyr. Özünüz görürsünüz. “Qəbələ” və “Səbail”ə qarşı inamlı oynadıq. Fikrimcə, dəyişikliklər var. Roberto Bordin və ya başqası olsun, biz meydana çıxmalı, qələbə üçün oynamalıyıq.
- “Qarabağ”a yaxınlaşmaq üçün yaxşı fürsətiniz var idi.“Qarabağ” yenə xal itirə bilər?
- Çempionat hələ bitməyib. Düzdür, bu gün fürsəti qaçırdıq. Belə şanslar olacaq. Hələ qarşıda bir neçə tur var. Biz yenə vuruşacağıq. Hər şey edəcəyik ki, “Qarabağ”a yaxınlaşaq və çempion olaq.