
UEFA 2022 və 2023-cü illərdə Avropa kuboklarının final oyunlarının keçiriləcəyi məkanları açıqlayıb.
Sportnet.az-;n məlumatına görə, qadınlar arasında Çempionlar Liqasının final oyunu 2022-ci ildə İtaliyanın Turin şəhərindəki "Juventus Stadium"da, 2023-cü ildə isə Hollandiyanın Eyndhoven şəhərindəki PSV "Eyndhoven" stadionunda olacaq.
Avropa Liqasının final oyunu 2022-ci ildə Macarıstanın paytaxtı Buxarestdəki "Puşkaş Arena"ya salınıb.
2022-ci ildə UEFA Super Kuboku matçı Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya stadionunda, 2023-cü ildə Rusiyanın Kazan şəhərindəki "Kazan Arena"da təşkil ediləcək.