“Sumqayıt” komandası “Qəbələ” ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XX tur matçının hazırlıqlarında start verib.
Sportnet.az xəbər verir ki, kollektiv baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında “Kapital Bank Arena”nın ehtiyat meydanında məşqə çıxıb. Fiziki gücün artırılması üçün yerinə yetirilən hərəkətlərlə başlayan məşqdə daha sonra müxtəlif toplu çalışmalar icra edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, martın 7-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlanacaq. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.