Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin Bakıda Polşa yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına həvalə olunub.
Baş hakim Kristiana Marianaya yan xətt hakimləri Petruta Luqulesku və Daniela Konstantinesku kömək edəcək. Dördüncü hakim funksiyasını isə Luliana Demetresku yerinə yetirəcək. UEFA nümayəndəsi isə italiyalı Marta Atsori olacaq.
Qeyd edək ki, martın 11-də "ASK Arena"da keçiriləcək Azərbaycan - Polşa matçı saat 18:00-da başlayacaq.