
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumata görə, iclasda "Xəzər Lənkəran” klubunun Azərbaycan Premyer Liqasının IV turunun
"Xəzər Lənkəran” – "İnter” matçında Lənkəran təmsilçisinin futbolçusu Qalin
İvanova göstərilmiş sarı vərəqənin düzgün olmadığı və həmin vərəqənin ləğv
olunması ilə bağlı Apellyasiya və Ekspert Komitəsinə edilmiş müraciətinə baxılıb.
Apellyasiya
və Ekspert Komitəsi isə bu məsələyə baxılması
üçün İntizam Komitəsinə müraciət edib. İntizam Komitəsi matçın videoyazısına
baxdıqdan və AFFA Hakimlər Komitəsinin sədrinin bu epizodla bağlı rəyindən
sonra aşağıdakı qərar qəbul olunub:
Azərbaycan Premyer
Liqasının IV turunun "Xəzər Lənkəran” – "İnter” matçının 59-cu dəqiqəsində
"Xəzər Lənkəran” klubunun 8 nömrəli futbolçusu Qalin İvanova göstərilmiş sarı
vərəqə hakim tərəfindən epizod düzgün qiymətləndirilmədiyinə görə ləğv
edilib.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" matçı 3 ay öncə - avqustun 29-da keçirilib. Həmin oyunu gənc FİFA referisi Əliyar Ağayev idarə edib. Qalin İvanov Premyer Liqanın XIII turunda "Neftçi" ilə matçda da növbəti sarı vərəqə alıb. Bu vərəqənin ləğvindən sonra onun "Qəbələ" ilə qarşılaşmada Xəzər Lənkəran"a kömək edə biləcəyi məlum olub.