UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından daha 3-ü başa çatıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmaların ikisində qonaqlar qələbə qazanıbsa, biri heç-heçə ilə yekunlaşıb. Ukrayna "Şaxtyor"u Almaniyada azarkeşsiz keçirilmiş görüşdə "Volfsburq"u məğlub edib - 2:1. Bu görüşlərdə tərəflər hərəyə bir penaltidən yararlana bilməyiblər.
Almaniyanın digər təmsilçisi "Bayer" Şotlandiyada "Reyncers" üzərində inamlı qələbə qazanıb - 3:1. Bu matçda isə Leverkuzen komandası qollarından ikincisini penaltidən vurub.
İngiltərə "Vulverhempton"u isə Yunanıstanda "Olimpiakos"la heç-heçəyə nail olub - 1:1. Qonaq komandadan Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun adı "18-liy"ə daxil edilməyib.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunlarında İngiltərə "Mançester Yunayted"i Avstriyada LASK-ı 5:0, İsveçrə "Bazel"i Almaniyada "Frankfurt"u 3:0, "Başakşehir" isə Türkiyədə Danimarka "Kopenhagen"ini 1:0 hesabı ilə yenib.
"Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) qarşılaşmaları isə koronavirus səbəbindən təxirə salınıb.
----------------------------
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarından 3-ü başa çatıb.
Sportnet.az-ın məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarka "Kopenhagen"ini qəbul edib. İstanbul komandası Edin Vişçanın 88-ci dəqiqədə penaltidən vurduğu qolla qələbəyə nail olub - 1:0.
Digər oyunlarda İngiltərə "Mançester Yunayted"i Avstriyada LASK-ı 5:0, İsveçrə "Bazel"i isə Almaniyada "Ayntraxt"ı 3:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:00-da daha 3 görüşə start veriləcək. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşləri isə təxirə salınıb.
------------------------------
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk olaraq 6 qarşılaşma oynanılacaq. UEFA "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) oyunlarını təxirə salıb.
Daha 4 matç isə azarkeşsiz keçiriləcək. Bunlardan biri Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə "Vulverhempton"unun Yunanıstanda "Olimpiakos"la səfər oyunu olacaq. LASK (Avstriya) - "Manşester Yunayted" (İngiltərə), "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) və "Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) qarşılaşmaları da bağlı qapılar arxasında oynanılacaq.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşehir" isə İstanbulda Danimarkanın "Kopenhagen" komandasını qəbul edəcək. Yalnız bu və "Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkusen, Almaniya) görüşünə azarkeş buraxılacaq.
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
12 mart
21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Bazel" (İsveçrə) - 0:3
Qollar: Samuele Kampo, 27. Kevin Bua, 73. Fabian Fray, 85
21:55. "Başakşehir" (Türkiyə) - "Kopenhagen" (Danimarka) - 1:0
Qol: Edin Vişça, 88 (pen.)
21:55. LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə) - 0:5
Qollar: Odion İqalo, 28. Daniel Ceyms, 58. Xuan Mata, 82. Meyson Qrinvud, 90+2. Andreas Pereyra, 90+3
24:00. "Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə) - 1:1
Qollar: Yussef El-Arabi, 54 - Pedru Netu, 67
Qırmızı vərəqə: Ruben Semedu, 29 ("Olimpiakos")
24:00. "Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:3
Qollar: George Edmundson, 75 - Kay Haverts, 37 (pen.). Çarles Arangis, 67. Leon Beyli, 88
24:00. "Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:2
Qollar: Con Bruks, 48 - Junior Moraeş, 17. Markos Antonio Silva, 73
İstifadə olunmamış penaltilər: Vaut Veqhorts, 45+2 - Viktor Kovalenko, 22
Qeyd edək ki, cavab görüşləri martın 19-da olacaq.