UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 1/8 final mərhələsinin cavab görüşlərindən sonra bu ada İtaliya "Atalanta"sından Yosip İliçiç, Almaniya "Leyptsiq"indən Marsel Zabitser, Fransa PSJ-sindən Xuan Bernat və İspaniya "Atletiko"sundan Yan Oblak iddia edirlər.
İliçiç İspaniyada "Valensiya"nı 4:3 hesabı ilə məğlub etdikləri görüşdə 4 qol vuraraq poker edib. Zabitser evdə İngiltərə təmsilçisi "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəldikləri matçda iki qolun müəllifi olub. Bernat isə Almaniya "Borussiya"sını (Dortmund) məğlub etdikləri matçda fərqlənə bilib. Yan Oblak əlavə vaxtda İngiltərədə "Liverpul"u 2:3 hesabı ilə yendikləri oyunda qurtarışları ilə yadda qalıb.
Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.