"Yəqin ki, xəbərləri oxumusunuz. Buna görə mənimlə maraqlanan hər kəsi əmin edirəm ki, yaxşıyam"
Sportnet.az-ın məlumatına görə, bu fikirləri İtaliyanın "Yuventus" klubunun koronavirusa yoluxan futbolçusu Daniel Ruqani şəxsi "Instagram" hesabından yazıb.
25 yaşlı müdafiəçi xəstəxanalardakı bütün həkimlərə və tibb bacılarına təşəkkürünü bildirib: "Hamını qaydalara hörmətlə yanaşmağa çağırıram. Çünki bu virus heç bir fərq qoymur. Bunu özümüz, yaxınlarımız və ətrafımız üçün edək".
Qeyd edək ki, Daniel Ruqani 2013-cü ildən "Yuventus"da çıxış edir. O, Turin təmsilçisi ilə 4 dəfə A Seriyasının, 3 dəfə ölkə kubokunun, iki dəfə isə İtaliya Super Kubokunun qalibi olub.