
Platini Məhəmməd ibn Həmmamla görüşdüyünü təsdiqləsə də, barəsindəki ittihamları rədd edib: "Əsası olmayan və cəmiyyətdəki imicimizi zədələməyə yönələn xəbərlər reallığı əks etdirmir. Açığı, bu iddiaların çıxmasına təəccüblənmədim. Dünya futbolunun inkişafı üçün önəmli zaman kəsiyindəyik. Bundan sonra meydana çıxacaq bu tipli iddialar mənim üçün sürpriz olmayacaq. Bəli, Məhəmməd ibn Həmmamla görüşmüşəm. Əvvəllər FİFA İcra Komitəsində işləmiş biri ilə görüşməyimin qlobal problemə çevirilməsinə çox təəccübləndim”.
