Şotlandiyanın "Seltik" komandasının futbolçuları və əməkdaşları məvaciblərinin azaldılmasına razılıq verib.
Sportnet.az-ın məlumatına, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Bildirilib ki, komanda üzvləri maaşlarının böyük hissəsindən imtina edib.
Həmçinin ödənişlərin iyun ayına qədər təxirə salındığı vurğulanıb.
Qeyd edək ki, Şotlandiya Futbol Federasiyası koronavirus pandemiyasına görə dayandırılan yerli çempionatın ləğv olunması məsələsini müzakirə edir.