Koronavirus pandemiyasına görə dayandırılan Fransa Liqa 1-də cari mövsümün bərpası üçün 2 tarix müzakirə olunur.
Sportnet.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, çempionatın iyunun 3-ü və ya 17-də yenidən başladılması nəzərdən keçirilir.
Hazırda Fransa Futbol Federasiyasının məhz bu iki tarix üzərində dayandığı bildirilib. İddiaya görə, son qərar ölkədəki vəziyyətdən asılı olaraq veriləcək.
Qeyd edək ki, Liqa 1 martın 13-də dayandırılıb. 29 turdan sonra ehtiyatda bir oyunu olan PSJ 68 xalla liderdir. 12 xal geridə olan "Marsel" isə ikinci yerdə gedir.