Mikel Alvaronun Topaz Premyer Liqasının XIV turunun "Bakı” ilə
oyununda (1:0) vurduğu qol "İnter” üçün əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, 2004-cü ilədək "Xəzər
Universiteti”, son 10 ildə isə "İnter” adı altında
çıxış edən paytaxt təmsilçisi ölkə çempionatlarında 250-ci səfər qolunu vurub.
Bakılılar buna 201-ci oyunda nail olub. Rəqib meydanlarında 88 qələbə, 45
heç-heçə və 68 məğlubiyyəti olan "İnter” 250 qol vurub, 218-ni buraxıb.
Komanda 1999/2000 və 2000/01 mövsümlərinin hərəsində 9 dəfə rəqib
meydanlarda qol vurubsa, növbəti çempionatlarda bu rəqəm daha yüksək olub:
2001/02 – 12, 2003/04 – 12, 2004/05 – 18, 2005/06 – 15, 2006/07 - 23,
2007/08 – 26, 2008/09 – 27, 2009/10 – 19, 2010/11 – 14, 2011/12 – 14, 2012/13 –
16, 2013/14 – 34, 2014/15 – 2.
"İnter” Azərbaycan çempionatlarında səfərdə
250 və daha çox qol vuran 6-cı komandadır. "Neftçi” 461, "Qarabağ” 362,
"Kəpəz” 291, "Turan” 280, "Bakı” 272 səfər qoluna sevinib.
Qeyd edək ki, "Araz-Naxçıvan”la oyunun nəticəsi ləğv olunduqdan sonra hesabında səfərə qələbəsi olmayan "İnter” mövsümdə ilk dəfə rəqib meydanında 3 xal qazanıb.