Azərbaycan Kubokunun 1/8 final mərhələsində daha bir oyunun yeri
dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika
Stadionunun ot örtüyünün qorunması məqsədi ilə "Qarabağ” – MOİK oyunu "Dalğa Arena”da
reallaşacaq.
Qarşılaşmasaat 15:30-da
başlanacaq.
Qeyd edək ki, bundan öncə ölkə kubokunun 1/8 final mərhələsinin "Şahdağ” – "İnter” matçının keçirilmə yeri dəyişdirilmişdi. Hər iki klubun qarşılıqlı razılığı əsasında oyun "İnter Arena” stadionunda keçiriləcək.