Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan”ı
məğlub edən "Neftçi” növbəti mərhələyə vəsiqə qazanıb.Sportnet.az-ın məlumatına görə,
komandanın baş məşqçisi Arif Əsədov oyundan sonra fikirlərini bölüşüb.
Arif Əsədov rəqibin oyunu xüsusi qeyd edib: "Öz komandam barədə geniş
danışmaq istəmirəm. "Qaradağ Lökbatan” klubunun oyununu qeyd etməliyəm.
Komandanın heyətində yaxşı gənc oyunçular var”.
Qeyd edək ki, "Neftçi” – "Qaradağ Lökbatan” komandarının görüşü meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:0.