Azərbaycan kubokunun 1/8 final mərhələsində AZAL-a məğlub olan "Neftçala” mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, komandanın baş
məşqçisi Kamal Quliyev matçdan sonra fikirlərini bölüşüb.
Kamal Quliyev futbolçulardan
narazı qaldığını vurğulayıb: "AZAL klubunu təbrik
edirəm. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla uzun müddət bir yerdə oynamışam.
Oyun göz önündədir. Birinci divizion təmsilçisinin Premyer Liqa klubuna qarşı
belə mübarizə aparması sevindirici haldır. Oyunun sonlarında nəzarəti əldən
verdik. Deyərdim ki, futbolçular tapşırıqları sona qədər yerinə yetirə
bilmədilər".
Qeyd edək ki, "Neftçala” – AZAL matçı rəqibin qələbəsi ilə başa çatıb – 1:2.