Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ”a məğlub olan MOİK mübarizəni dayandırdı. Sportnet.az-ın məlumatına görə, komandanın baş
məşqçisi Namiq Adilov oyundan sonra fikirlərini bildirib.
Adilov rəqibə qarşı oynamağın çətin olduğunu qeyd edib: "Oyuna
hazırlaşmışdıq. Plan ondan ibarət idi ki, əks-hücumlarda oynayaq. "Qarabağ”a
qarşı oynamaq çox çətindir. Buna görə də görüşünböyük hissəsini topsuz,
ancaq qaçmaqla keçirdik. Futbolçulara demişdim ki, bizim üçün oyun ərzində 1-2
qol epizodu yarana bilər və bundan istifadə etmək lazımdır. Oyunçular bunu
bacardılar. Biz möcüzəyə ümid edirdik. Lakin mərhələni adlaya bilmədik. Mən "Qarabağ”a
qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
Qeyd edək ki, "Qarabağ” – MOİK qarşılaşması meydan sahiblərinin qələbəsi ilə bitib – 4:2.