
Azərbaycan Kubokunun 1/8 final mərhələsində çərçivəsində "Sumqayıt” – "Bakı”
matçı keçirilib. Sportnet.az-ın məlumatına görə, penaltilər seriyasında məğlub
olan Sumqayıt təmsilçisi mübarizəni dayandırıb.
Komandanın baş məşqçisi Aqil Məmmədov oyundan sonra
açıqlamasında rəqibdən üstün olduqlarını bildirib: ”Oyun barədə onu deyim ki, biz rəqibdən üstün idik. Əgər
əsas vaxtda imkanları dəyərləndirə bilsəydik, penaltilər olmayacaqdı. Biz bu
gün yaxşı oynadıq. Komandamın çıxışından razıyam. Penaltilər bəxtə bağlıdır.
Bəxtimiz gətirmədi”.