Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qəbələ”yə məğlub olan "Ağsu”mübarizəni
dayandırıb.Sportnet.az-ın məlumatına görə, komandanın baş məşqçisi Rüfət Quliyev matç
haqda fikirlərini bildirib.
Onun sözlərinə görə, "Qəbələ” ilə oyun onlar üçün bir imtahan oldu: "İlk növbədə "Qəbələ”ni təbrik edirəm. Bizim
qarşımıza qoyulan məqsədlər fərqlidir. Bu oyunda çalışdıq ki, divizionda az
oynamaq şansı qazanan futbolçulara etimad göstərək.Bizim üçün yaxşı bir
imtahan oldu. Səhvlərimizin üzərində işləməliyik. Futbolçulardan narazılığım
yoxdur. Hər şey ideal idi. Meydança da, hakimlik də. Futbolda isə biri qalib
olanda biri də məğlub olmalıdır".
Qeyd edək ki, "Qəbələ” – "Ağsu” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.