Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Simurq”a böyük hesablı məğlub olan "Rəvan”mübarizəni
dayandırıb.Sportnet.az-ın məlumatına görə, komandanın baş məşqçisi Ramil Əliyev matçdan sonra fikirlərini
bildirib.
Əliyev rəqibin qələbəsini layiqli
sayıb: "Simurq” Premyer Liqada çox yaxşı çıxış
edir. Bu gün də rəqib layiqli qələbə qazandı. Heyətimizdə
gənc oyunçular çoxdur. Premyer Liqa ilə I divizion arasında böyük uçurum var. Səviyyə
fərqi öz sözünü dedi. Məğlubiyyəti faciəyə çevirməyəcəyik. Qarşıdakı oyunlara
hazırlaşmalıyıq”.
Qeyd edək ki, "Simurq” – "Rəvan”
matçı meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 6:0.