1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İngiltərə millisində zədə şoku
İngiltərə millisinin yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn ötən gün Ekvadorla keçirilən yoldaşlıq görüşündə sıradan çıxıb. Sportnet.az-ın "Goal.com”a istinadən məlumatına görə, 21 yaşlı futbolçu xaçabənzər bağlarından zədə alıb.
Matçın 63-cü dəqiqəsində rəqib oyunçunun müdaxiləsindən sonra yerə yıxılan "Arsenal”lın üzvü ayağa qalxa bilməyib.
Yığmanın baş məşqçisi Roy Hocson qarşılaşmadan sonra futbolçusunun vəziyyəti ilə bağlı açıqlama verib: "Oksleyd-Çemberleyn zədəsinin ciddi olacağında qorxuruq. Onun xaçabənzər bağlarında ciddi problem ola bilər. Rəqibin müdaxiləsindən sonra dizi pis formada altında qaldı və qatlandı. Bu səbəbdən də çox narahatam. Tibbi müayinədən keçdikdən sonra onun vəziyyəti müəyyənləşəcək. Bu matçda da yaxşı oynadı. Onu zədə səbəbindən itirsək, bu bizim üçün çox pis olacaq”.
Qeyd edək ki, İngiltərənin "Arsenal” klubunun futbolçusu olan Oksleyd-Çemberleyn 2012-ci ildən millidə çıxış edir.