AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının bərpasına qərar verilib. Lakin məşqlərin və çempionatın bərpa tarixi ilə bağlı konkret razılığa gəlinməyib. Bu, daha çox Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq.
Qeyd edək ki, iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.