Futzal yarışlarının taleyi ilə bağlı hələ rəsmi qərar yoxdur.
Bu barədə Sportnet.az-a Azərbaycan Futzal Federasiyanın Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, federasiya Operativ Qərargahın idman zallarının fəaliyyətinə icazə verən qərarını gözləyir: "Həm federasiya, həm də komandalar mövsümü davam etdirmək fikrindədirlər. Mütəmadi olaraq, klublarla əlaqə saxlanılır. Futzalçılar da meydana çıxmaq üçün darıxıblar. Çempionat davam edərsə, zallarda yayda kondisoner sisteminin işləyəcəyini, oyunları keçirmək üçün uyğun temperaturun olacağını bildiriblər. Operativ qərargah idmanla bağlı qadağanı götürsə, federasiya toplantı keçirəcək və liqalarin taleyi ilə bağlı yekun qərar veriləcək".
Qeyd edək ki, futzal üzrə Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan Kubokunun oyunları martın 13-də dayandırılıb.