Azərbaycan Premyer Liqasının oyunlarının bərpasından əvvəl klubların futbolçuları və məşqçi heyəti mütləq şəkildə koronavirus testinə cəlb olunacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərar AFFA-nın təşəbbüsü ilə təşkil olunan Klublar Komitəsinin iclasında qəbul edilib.
Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada çıxara bilər.
Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin COVID-19 testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. "Qəbələ"dən başqa digər komandalar bir dəfə koronavirus testindən keçib.