Azərbaycan Premyer Liqasında çıxış edən klublar koronavirus pandemiyası dövründə uzun fasilədən sonra məşqlərə başlayıblar.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ" də bu gün hazırlığı bərpa edib.
Əyalət təmsilçisi Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında məşqə çıxıb.
Martda ölkəsinə yollanan ispaniyalı yarımmüdafiəçi Fernan Lopes hazırlıq prosesində iştirak etməyib.
Qeyd edək ki, pandemiya səbəbindən dayandırılan Premyer Liqa iyunun 21-də bərpa olunacaq.