Hazırda "Dnepr-1" komandasının heyətində çıxış edən "Qarabağ"ın keçmiş futbolçusu Sergey Kravçenko Ukrayna Premyer Liqasında 250-ci oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, yubiley qarşılaşması XXIV turda "Olimpik"ə 3:1 hesabı ilə qalib gəldikləri matça təsadüf edib.
37 yaşlı yarımmüdafiəçi Dneprepetrovsk komandasını oyuna kapitan kimi çıxarıb. O, "Dnepr"də 117, "Vorskla"da 80, "Volın"da 24, "Dnepr-1"də 17, Kiyev "Dinamo"sunda 12 qarşılaşmanın iştirakçısı olub. Ukrayna çempionatında 5 mart 2006-cı ildə "Vorskla"da debüt etmiş Sergey Kravçenkonun peşəkar futbolçu formasını geyindiyi ilk klub "Qarabağ" olub. O, 2005-ci ildə "Qarabağ" forması ilə 12 oyuna 3 qol vurub. Kravçenko 2008 - 2013-cü illərdə Ukrayna millisinə dəvət alıb.