
Bakının “Sabah” klubu futbolçusu Xulio Rodriqeslə müqavilənin müddətini uzadıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sözləşməyə əsasən, 29 yaşlı paraqvaylı hücumçu daha bir il komandanın uğurları üçün çalışacaq.
Xatırladaq ki, o, “Sabah”a bu ilin yanvarında transfer olunub.