İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ümumi qrupda məşqlərini iyunun 8-də bərpa edəcək.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı hücumçu hazırda fərdi proqram əsasında çalışır. Argentinalı forvard sağ kvadritsepsindən yüngül xəsarət alıb.
Qeyd edək ki, "Barselona" La Liqada pauzadan sonra ilk matçını iyunun 13-də səfərdə "Malyorka"ya qarşı keçirəcək.