"Qarabağ"ın heyətinə qatmaq istədiyi "Türkiyənin "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydınla daha bir komanda maraqlanır.
Sportnet.az "Fotomac"a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Qazaxıstan çempionu "Astana"nın da gündəmindədir.
Hər iki klub Niderland əsilli vinger üçün agentlər vasitəsilə təklif göndərilib.
Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 yığmasında 1 oyun keçirib. Onunla daha əvvəl "Beşiktaş" və "Ankaragücü" klubları da maraqlanıb.