İspaniya millisinin və "Barselona"nın futbolçusu Lamin Yamal 2026-cı il dünya çempionatının ilk oyunlarını buraxacaq.
Sportnet.az “The Athletic”ə istinadən xəbər verir ki, gənc hücumçu bud nahiyəsindəki zədədən tam bərpa olunmadığı üçün mundialın startında komandaya kömək edə bilməyəcək.
Yamalın iyunun 15-də keçiriləcək qrup mərhələsinin ilk turunda Kabo Verdeyə qarşı oyunda iştirakı mümkün görünmür.
Bundan əlavə, iyunun 21-də Səudiyyə Ərəbistanı ilə keçiriləcək ikinci matçda da onun meydana çıxması böyük sual altındadır.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. Mundial iyunun 11-dən iyulun 19-dək davam edəcək. İspaniya millisi qrup mərhələsində Kabo Verde, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə qarşılaşacaq.







































































