"Rəqibi təbrik edirəm. Son oyunlarda komandamız yaxşı çıxış edirdi. Biz son 5 turda çox qol vurur, çox da qol buraxırdıq. Bugün isə hücumda kəsərli ola bilmədik". Sportnet.az-ın məlumatına görə, bunu AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov "İnter"ə 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra deyib.
Əhmədov məğlubiyyət səbəblərinin araşdırılacağını bildirib: "Qələbə qazana bilərdik. Amma şanslardan istifadə olunmadı. Matçdan razı qalmadım. Çünki aqressiv futbol sərgiləyə bilmədik. Ola bilər ki, futbolçularda müəyyən arxayınlıq yaranıb. Bunu araşdıracağıq".
Baş məşqçi "İnter Arena"da AZAL azarkeşlərinin azlığına da toxunub: "Ümid edirəm ki, qarşıdakı vaxtlarda oyunlarımıza maraq artar".