
Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Yuri Maksimov Azərbaycanda işlədiyi dönəmi xatırladıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis ölkə kubokunun finalında Kiyev "Dinamo"su ilə görüş haqqında danışarkən "Keşlə" ilə əldə etdiyi tituldan söz açıb.
Maksimov iki il əvvəl Roman Qriqorçukun rəhbərlik etdiyi "Qəbələ" ilə qarşılaşdıqlarını bildirib. O, final haqqında bunları deyib: "Qarşılaşmadan əvvəl hamı "Qəbələ"ni favorit hesab edirdi, mənim komandam qələbə qazandı".
Maksimov 2017/18 mövsümündə “Keşlə”ni çalışdırıb. O, paytaxt klubuna Azərbaycan kubokunu qazandırıb. Kubokun final matçında “Keşlə” “Qəbələ”ni minimal hesabla məğlub etmişdi - 1:0.