
Son günlər ölkə futbol camiəsində ən çox müzakirə olunan mövzulardan biri Azərbaycanın xalq artisti Aygün Kazımovanın qızı İlqarənin "Səbail"in braziliyalı müdafiəçisi Eriko da Silva ilə birlikdə olduğu videonu nümayiş etdirməsidir. Sportnet.az xəbər verir ki, iki həftə sonra 31 yaşı tamam olacaq müdafiəçi bu videodan irəli gələn bütün nüanslara aydınlıq gətirib.
"Biz sadəcə dostuq. Və bu ziyafətdə tək deyildik. Dostlarımla birgə idim. Yaxın dostum məni oraya apardı" deyən "sambaçı" şəxsi həyatına da toxunub: “Sevgilim var. Münasibətimiz artıq 3 ildir davam edir. Denis ilə hər şey yaxşıdır və birlikdə olmaqdan məmnunuq".
Eriko Aygün Kazımovanın qızı ilə yaxın münasibətləri olmadığı halda, "İnstagram"da “lovely” yazmasına da aydınlıq gətirib: "Nədənsə, media onu "seviimi " kimi təqdim etmək qərarına gəldi. Əslində, bu sözün bir çox mənası var və bu vəziyyətdə "hörmətli", "sevimli dost", "ən yaxşı dost" nəzərdə tutulmuşdu. "My lovely" yazılsaydı, bu, sevdiyin insan demək olardı. Bu vəziyyətdə isə söhbət dostluqdan gedir".
Eriko videoda qəlyanla görüntülənməsindən də danışıb: “İndi hamı karantindədir. Oyun, məşq yoxdu. Buna görə bir dəfə qəlyanın dadını yoxlamaq qərarına gəldim. Peşəkar futbolçuyam və çox gözəl bilirəm ki, nə etmək olar, nə isə tövsiyə edilmir" (Sport24.az).