Bir müddət öncə məşq zamanı ildırım vuran Rusiyanın "Znamya Truda" klubunun futbolçusu İvan Zaborovski süni komadan çıxıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə RİA-ya açıqlamasında komandanın kapitanı Vitali Çilyuşkin deyib.
O bildirib ki, 16 yaşlı qolkiperin vəziyyəti yaxşıdır. Çilyuşkinin sözlərinə görə, gənc oyunçu 2 həftədən sonra məşqlərə başlayacaq.