Kipr APOEL-inin prezidenti Prodromos Petridis komandasının 2019/2020 mövsümündə avrokuboklardakı çıxışını dəyərləndirib.
Sportnet.az-ın "Omada.reporter.com.cy" saytına istinadən məlumatına görə, funksioner sponsorlarla görüşdə UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində "Qarabağ"la Nikosiyada keçirdikləri oyunu da xatırlayıb.
O bildirib ki, 1:2 hesabı ilə uduzduqları matçda gördükləri onu qane etməyib: "Evdə "Qarabağ"a məğlubiyyət bizi radikal qərarlar verməyə məcbur etdi. Həmin vaxt Tomas Dolla danışdıq. O isə etimadı doğrultdu və "Qarabağ"la cavab oyununda şansları lehimizə çevirdi. Səfərdə 2:0 hesablı qələbə sayəsində tariximizdə 8-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandıq".
Qeyd edək ki, APOEL ötən mövsüm 4 dəfə "Qarabağ"la üz-üzə gəlib. Bunların yarısı ÇL-in III təsnifat mərhələsinə, yarısı Avropa Liqasının qrup mərhələsinə təsadüf edib.