
Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyanın axtarışı dayandırılıb.
Sportnet.az xəbər verir ki, bu barədə 57 yaşlı funksionerin vəkili Amran Makinyan "Aysor.am" saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, qərarı Rusiya Federasiyası qəbul edib. Vəkil bildirib ki, yeri məlum olan şəxsin axtarışını davam etdirmək düzgün olmaz.
Daha əvvəl Ayrapetyan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə ərizə təqdim edilmişdi.
Qeyd edək ki, Ruben Ayrapetyanla oğlu özbaşınalıq, qəsdən və qanunsuz azadlıqdan məhrumetmə, qəsb və insan sağlamlığına zərərvurmada ittiham olunurlar. Mayın 21-də hər iki şəxsə cinayət işi açılıb.