İspaniya milli komandasının sabiq futbolçusu David Silva tezliklə İtaliya "Latsio"su ilə müqavilə bağlayacaq.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçinin keçidi Roma təmsilçisinə havayı başa gələcək. Bu, təcrübəli oyunçunun İngiltərənin "Mançester Siti" klubu ilə müqaviləsinin avqustun 24-də başa çatacağı ilə əlaqədardır.
3,5 illik sözləşməyə imza atacaq Silva 9 milyon avro qazanacaq. İtaliya klubu onun transferini yaxın vaxtlarda rəsmən açıqlayacaq.
Qeyd edək ki, David Silva "Mançester Siti"yə 2010-cu ildə İspaniya "Valensiya"sından keçib. O, İngiltərə komandasının heyətində 455 oyuna 77 qol vurub və 140 məhsuldar ötürmə verib.