
“Keşlə” ötən Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikovun keçidini rəsmiləşdirib.
"Report" klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi son 4 ili “Sumqayıt”da keçirən 35 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Məlikov bunadək “Bakı”, “Neftçi”, “Qəbələ”, AZAL, həmçinin Türkiyənin “Denizlispor” klublarında çıxış edib.