UEFA Avropa Liqasında III təsnifat mərhələsinin bu gün keçiriləcək püşkatma mərasimindən öncə səbətlərə bölgüdə qruplaşma aparıb.
Sportnet.az-ın məlumatına görə, II təsnifat mərhələsində "Neftçi" və Türkiyənin "Qalatasaray" komandaları arasında təşkil olunacaq görüşün qalibi daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətinə düşüb.
Potensial rəqiblər isə bunlardır:
"Sönderyüske" (Danimarka)
B36 (Torshavn, Farer adaları) - TNS (Uels) cütünün qalibi
"Renova" (Şimali Makedoniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi
"Olimpiya" (Lyublyana, Sloveniya) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi saat 15:00-da başlanacaq.