Braziliya millisinin futbolçusu Oskar komandanın düşərgəsini tərk edib. Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, buna səbəb onun həyat yoldaşı Ludmilanın hamilə olmasıdır.
Xəbərdə qeyd olunur ki, 23 yaşlı yarımmüdafiəçinin xanımı yaxın günlərdə körpə dünyaya gətirəcək. Buna görə də London "Çelsi"sinin üzvü baş məşqçi Luis Felipe Skolaridən bir günlük icazə alaraq, yoldaşının yanına gedib.
Qeyd edək ki, bu Oskarın birinci uşağıdır. Onun qız olacağı gözlənilir.