1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" və Sxadadzenin "100"ü
Bakının "İnter” klubu Azərbaycan çempionatlarında 100-cü dəfə heç-heçə edib. Sportnet.az-ın PFL-ın rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi Topaz Premyer Liqasının "Simurq”la səfər qarşılaşmasında (1:1) 1 xal qazanıb.
Bu da ölkə çempionatlarında 407-ci matçına çıxan bakılıların yubiley heç-heçəsi olub. 54 dəfə öz meydanında, 46 dəfə səfərdə 1 xal qazanan "İnter” çempionatda 100 və daha çox heç-heçə edən 5-ci komandadır. "Qarabağ” (153), "Neftçi” (142), "Bakı” (119) və "Turan” (112) daha çox "sülh”lə kifayətlənib.
"Simurq”la qarşılaşma Baçana Sxadadze üçün də əlamətdar olub. Gürcüstanlı hücumçu paytaxt klubunun heyətində 100-cü çempionat qarşılaşmasına çıxıb. Cari mövsümdə 11 matça 2 qol vuran legioner "100”ə 5-ci mövsümündə çatıb: 2010/11 – 2, 2011/12 – 29 (7), 2012/13 - 29 (8), 2013/14 - 29 (10), 2014/15 – 11 (2). "İnter”də 29 qol vuran Sxadadze klub tarixində 100 və daha çox çempionat matçı keçirən 10-cu futbolçu olub: Vladimir Levin - 205, Elmar Baxşıyev - 160, Branislav Çervenka - 129, Arif Daşdəmirov - 124, Asif Məmmədov - 121, Elşən Məmmədov - 112, Georgi Lomaya - 110, Zaur Həşimov - 107, Petar Zlatinov – 105, Baçana Sxadadze - 100.