"Neftçi" və Türkiyənin "Qalatasaray" komandaları arasındakı UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunundakı bütün qolları afrikalı futbolçular vurub.
Sportnet.az-ın məlumatına görə, "sarı-qırmızılar"ın 3:1 hesabı ilə qalib gəldiyi görüşdə qollardan 3-nə seneqallı oyunçular imza atıb. "Cim-Bom"un heyətində Maqaye Diaqne 19 və 63-cü dəqiqələrdə fərqlənərək, dubl edib. "Ağ-qaralar"ın yeganə qolunu 46-cı dəqiqədə onun həmyerlisi Mamadu Mboc vurub.
Daha bir qolun müəllifi isə 48-ci dəqiqədə Konqo Demokratik Respublikasından olan müdafiəçi Kristian Luyindama olub. "Neftçi"dən konqolu hücumçu Prins İbara mərkəz hücumçusu mövqeyində yer alsa da, 18-ci dəqiqədə simulyasiyaya görə sarı vərəqə ilə yadda qalıb. Məhz bundan sonra "Qalatasaray" hesabı açıb.