Şimali Makedoniya "Şkendiya"sının futbolçusu Valon Ahmedinin "Zirə"yə transferi məsələsi uzana bilər.
Sportnet.az-ın məlumatına görə, səbəb Tetovo şəhəri təmsilçisinin UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yüksəlməsidir. "Qırmızı-qaralar" "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikdən sonra ötən gün Rumıniya "Botoşani"sini də səfərdə yeniblər - 1:0. Bu matçda Ahmedi sonadək meydanda olub.
"Şkendiya" növbəti mərhələdə İngiltərə "Tottenhem"ini qəbul edəcək. Görüş sentyabrın 24-də keçiriləcək. Bu cütün qalibinin "pley-off"dakı rəqibinin adına isə bu gün atılacaq püşk nəticəsində aydınlıq gələcək.
Şimali Makedoniya təmsilçisi Ahmedidən vacib oyunlarında yararlanmaq niyyətindədir. Hazırda "Zirə" və "Şkendiya" arasında danışıqlar gedir.
Qeyd edək ki, Valon Ahmedi sağ cinah oyunçusudur. O, İtaliyanın "Sudirol", Sloveniyanın "Tselye və "Maribor", İsrailin "İroni" (Kiryat Şmona) və Xorvatiyanın "İnter" (Zapreşiç) komandalarının formasını geyinir. O, Albaniya millisinin heyətində 4 oyuna çıxıb. Ahmedi "Şkendiya"da bu ildən oynanır.