"Artıq avrokuboklarda asan matçlar olmur. Ən əsası odur ki, növbəti mərhələyə yüksəldik və hədəfimizə çatdıq. İndi bərpa olunmağa və növbəti matça hazırlaşmağa vaxtımız var".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Polşanın "Legiya" komandasının futbolçusu Pavel Vşolek Kosovo "Drita"sına 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının III təsnifat mərhələsinin oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
28 yaşlı polşalı yarımmüdafiəçi bir həftə sonra pley-offda "Qarabağ"a qarşı mövsümün ən vacib oyununa çıxacaqlarını bildirib: "Həmişə müsbət düşünməyə çalışıram və inanıram ki, ən yaxşısı hələ gələcəkdədir".
Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.